Hüseyn Həsənov: Dünya üzrə karbon emissiyalarının 70 %-i şəhərlərin payına düşür
- 22 may, 2026
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün əsası qoyulan hər bir yol, enerji şəbəkəsi və nəqliyyat sistemi yaxın 50 il üçün karbon emissiyalarının səviyyəsini müəyyən edəcək.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Rəqəmsal ekologiya" informasiya sisteminin idarə edilməsi qrupunun rəhbəri Hüseyn Həsənov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər inkişafında yaşıl texnologiyalar: dayanıqlı və dözümlü şəhərlərə keçidin sürətləndirilməsi" mövzusunda sessiyada deyib.
Onun sözlərinə görə, şəhərlər Yer səthinin yalnız 2 %-ni tutur, lakin qlobal karbon emissiyalarının 70 %-i onların payına düşür. Bununla əlaqədar şəhər planlaşdırılması sahəsində qəbul edilən qərarlar iqlim üçün uzunmüddətli nəticələrə malik olacaq.
"Bu gün layihələndirdiyimiz binalar 2080-ci ildə də mövcud olacaq. Onları düzgün inşa etmək seçim deyil, zərurətdir", - ekspert vurğulayıb.