Hindistan Azərbaycandan neft alışını 13 %-ə yaxın azaldıb

Energetika
  • 17 oktyabr, 2024
  • 10:12
Hindistan Azərbaycandan neft alışını 13 %-ə yaxın azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Hindistana 1 milyon 92,2 min ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 683 milyon 670,7 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun həcmi ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə 12,6 %, dəyəri isə 7,5 % azalıb.

9 ay ərzində Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,2 % olub.

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,9 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,2 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.