Gürcüstanın Neft və Qaz Korporasiyası: TAP Gürcüstan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək

Energetika
  • 03 noyabr, 2018
  • 08:39
Gürcüstanın Neft və Qaz Korporasiyası: TAP Gürcüstan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək

Tbilisi. 3 noyabr. REPORT.AZ/ Gürcüstanın Neft və Qaz Korporasiyası (GNQK) İtaliya Baş nazirinin Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinə razılıq verməsi ilə bağlı qərarına münasibət bildirib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Korporasiya TAP-ın həyata keçirilməsi nəticəsində Gürcüstanın yüz milyonlarla kub metr tranzit qazı proporsional olaraq güzəştli qiymət əsasında əldə edəcəyini bildirib.

Qeyd olunub ki, TAP layihəsinin planlaşdırılmış vaxtda başa çatdırılmasından sonra Bakı-Tbilisi-Ərzurum boru kəmərinin illik yüklənməsi yaxın illərdə 22 mlrd. kub metrə çata bilər.

Korporasiyadan vurğulanıb ki, TAP layihəsi Gürcüstan iqtisadiyyatının inkişafı və vətəndaşların rifahının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək.