Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağı alışına çəkdiyi xərci 13 % azalıb
- 31 may, 2025
- 16:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 123,4 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 13 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə apreldə Gürcüstan Azərbaycandan 16 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb. Bu, bir il əvvələ nisbətən 33 % azdır.
Bu ilin ilk 4 ayında Gürcüstan xarici ölkələrdən 660 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 1,2 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 344 milyon ABŞ dolları, Rumıniyadan 79 milyon ABŞ dolları, Bolqarıstandan 63 milyon ABŞ dolları, Türkiyədən 9,6 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,63 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,3 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.