Gürcüstanın Azərbaycandan mineral məhsul alışına çəkdiyi xərci 7 % artıb
- 19 mart, 2025
- 16:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 92,86 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 7 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 22,2 % payla 2-ci yerdə qərarlaşıb.
Təkcə fevralda Gürcüstan Azərbaycandan 40,54 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb. Bu, bir il əvvələ nisbətən 1,7 % azdır.
Bu ilin 2 ayında Gürcüstan xarici ölkələrdən 419,5 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da 1 il əvvələ nisbətən 19 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 207 milyon ABŞ dolları, Bolqarıstandan 33 milyon ABŞ dolları, Rumıniyadan 31 milyon ABŞ dolları, Ermənistandan 16 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 2,17 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,42 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.