Gürcüstanda iri qaz yatağı aşkarlanıb
Energetika
- 11 iyul, 2022
- 12:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda 16 milyard kubmetr həcmdə təbii qaz yatağının mövcudluğu təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili “Business Media” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ehtiyatlar Tbilisi yaxınlığında “Schlumberger” şirkətinin qazdığı quyuda aşkarlanıb.
G.Tatişvili lisenziyalı sahədə üfüqi qazmanın tələb olunduğunu qeyd edib.
Agentlik rəhbəri bildirib ki, yatağın tam istismarı şərtilə Gürcüstan səkkiz il ərzində təbii qaza olan tələbatını tam ödəyə biləcək.
Qeyd edək ki, “Schlumberger” şirkəti 2018-ci ildən Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışını aparır.
Son xəbərlər
07:46
"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb
Komanda
07:14
Pezeşkian Türkiyəyə yola düşüb
Region
07:06
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
Digər ölkələr
06:33
Video
Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb
Region
06:19
"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
Sağlamlıq
05:55
NYT: ABŞ-nin maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçüb
Digər ölkələr
05:30
Litvada naməlum obyektə görə iki hava limanının işi məhdudlaşdırılıb
Digər ölkələr
04:51
ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb
Digər ölkələr
04:20
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
Digər ölkələr