Gürcüstan və Azərbaycan arasında enerji mübadiləsinin həcmi artırılır

Energetika
  • 14 mart, 2022
  • 08:52
Gürcüstan və Azərbaycan arasında enerji mübadiləsinin həcmi artırılır

Gürüstan və Azərbaycanın enerji sistemləri arasında əlaqələndirilmənin gücləndirilməsi üzrə işlər davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dövlət Elektrik Sistemi” SC-dən bildirilib.

Proses çərçivəsində 330 kilovatlıq Qardabani tək dövrəli elektrik ötürücü xətləri ikiqat dövrəli xətlərlə əvəzlənir. Layihə başa çatandan sonra xətlərin ötürücülük qabiliyyəti iki dəfə artacaq.

Elektrik ötürücü xətləri Gürcüstan və Azərbaycanın enerji sistemlərini “Qardabani 500” və “Ağstafa” altstansiyaları vasitəsilə ələqləndirir. Layihə çərçivəsində həmçinin “Qardabani 500” altstansiyasının tam yenidən qurulması da həyata keçiriləcək.

Dövlət şirkətindən qeyd olunub ki, Gürcüstan və Azərbaycanın enerji sistemləri arasında 700-1000 MVt gücdə elektrik enerjisi mübadilə etmək mümkün olacaq ki, bu da iki ölkə arasında ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və sinxronlaşdırılmış fəaliyyətin etibarlılığını yüksəldəcək.

Layihə üzrə işlərin bu ilin iyun ayında başa çatdırılması planlaşdırılır.