Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını oktyabrda 354 dəfə artırıb

Energetika
  • 21 noyabr, 2025
  • 13:48
Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını oktyabrda 354 dəfə artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 85,6 milyon ABŞ dolları dəyərində 125 min ton neft və neft yağları idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq 30 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Təkcə oktyabr ayında isə Gürcüstan Azərbaycandan 20 milyon ABŞ dolları dəyərində 29,7 min ton neft və neft yağları alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 163 dəfə və 354 dəfə çoxdur.

Bu ilin ilk 10 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 98,2 milyon ABŞ dolları dəyərində 1 milyon 458 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 0,7 % çox və 10 % azdır.

Hesabat dövründə Gürcüstana Rusiyadan 416,7 milyon ABŞ dolları dəyərində 597,4 min ton, Rumıniyadan 201,2 milyon ABŞ dolları dəyərində 266,3 min ton, Bolqarıstandan 162,5 milyon ABŞ dolları dəyərində 221,6 min ton, Türkiyədən 80,2 milyon ABŞ dolları dəyərində 88,8 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,2 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti