Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalına çəkdiyi xərci 7 dəfəyə yaxın artırıb

Energetika
  • 21 noyabr, 2025
  • 14:41
Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalına çəkdiyi xərci 7 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 22,25 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 6,6 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana elektrik enerjisi ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 10 ayında Gürcüstan xarici ölkələrdən 31,3 milyon ABŞ dolları dəyərində elektrik enerjisi alıb ki, bu da bir il əvvəlki göstəricidən 2,9 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstana Ermənistandan 5,6 milyon ABŞ dolları dəyərində və Rusiyadan 3,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 23,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi alıb ki, bunun da 11 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti