Gürcüstan Azərbaycandan aldığı təbii qazın dəyərini açıqlayıb
- 21 noyabr, 2025
- 14:03
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 171,5 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.
Təkcə oktyabrda isə Gürcüstan Azərbaycandan 18,44 milyon ABŞ dolları dəyərində "mavi yanacaq" alıb. Bu, bir il əvvələ nisbətən 14 % azdır.
Bu ilin ilk 10 ayı ərzində Gürcüstan xarici ölkələrdən 320,52 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 5,6 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 148,58 milyon ABŞ dolları, Çindən 185,3 min ABŞ dolları, İrandan 135,4 min ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 75,8 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.