Gəncə və Ağstafanın bir hissəsində qaz təchizatı dayandırılıb
Energetika
- 27 sentyabr, 2019
- 06:47
Bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, saat 09:30-dan isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinə qaz fasilələrlə verilir.
Saat 12:00-dan isə Bakının Nizami rayonu, Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində qaz təchizatı dayandırılacaq. Bu zaman “8-ci km Əsas” orta təzyiqli qaz xəttində bir sıra mövsümi işlər görüləcək.
Son xəbərlər
09:18
Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
Ekologiya09:17
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb - YENİLƏNİB
Formula 109:15
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri bu gün növbəti görüşlərini keçirəcəklər
Fərdi09:15
Foto
"Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib - YENİLƏNİB
Formula 109:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.09.2026)
Maliyyə09:07
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.09.2026)
Maliyyə09:07
Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
Energetika09:01
Azərbaycanın U-21 millisi Avropa Çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək
Futbol08:37
Foto