Gələn il üçün “Binəqədi” yatağından neft hasilatı proqnozu dəyişməyib

Energetika
  • 09 dekabr, 2023
  • 07:50
Gələn il üçün “Binəqədi” yatağından neft hasilatı proqnozu dəyişməyib

2024-cü ildə “Binəqədi” yatağından 0,99 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2023-ci ildə də yataqdan 0,99 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da gələn ilin proqnozu ilə müqayisədə eynidir.

2022-ci ildə də bu göstərici 0,99 milyon barel təşkil edib.

Qeyd edək ki, "Binəqədi" neftli-qazlı rayonu Abşeron yarımadasının şimal-qərbində yerləşir. 29 sentyabr 2004-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Azen Oil Company B.V." şirkəti arasında birgə işlənmə haqqında saziş bağlanıb. Saziş sahəsi 43,5 km2 təşkil edir. "Binəqədi" yatağı 1896-cü ildən istismar olunmağa başlanıb. Yataq Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataq 2005-ci il tarixdən “Binagadi Oil Company” tərəfindən istismar edilir, operatoru isə "Azen Oil Company B.V." (Global Energy) şirkətidir.