Gələn il “Şahdəniz” yatağından kondensat hasilatı 5 %-dək artacaq

Energetika
  • 06 dekabr, 2021
  • 07:01
Gələn il “Şahdəniz” yatağından kondensat hasilatı 5 %-dək artacaq

2022-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 33,3 milyon barel kondensat hasil edilməsi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, bu, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,5 milyon barel və ya 4,72 % çoxdur.

2020-ci ildə isə bu göstərici 29 milyon barel kondensat təşkil edib ki, bu da gələn ilin proqnoz göstəricisindən 4,3 milyon barel ya 14,8 % azdır.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

44 - Tezliklə