Gələn il “Bahar” yatağından neft və qaz hasilatı azalacaq

Energetika
  • 09 dekabr, 2023
  • 06:03
Gələn il “Bahar” yatağından neft və qaz hasilatı azalacaq

2024-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bahar” yatağından 0,17 milyon barel neftin hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə 0,01 milyon barel və ya 5,55 % azdır.

2022-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,1 milyon barel və ya 37,04 % azdır.

Gələn il “Bahar” yatağından 225,39 milyard kubmetr qaz hasil edilməsi gözlənilir ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 45,65 milyard kubmetr və ya 16,8 % azdır.

2022-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə “Bahar” yatağından qaz hasilatı 85,24 milyard kubmetr və ya 27,44 % azdır.

Qeyd edək ki, bu yataq Bakı şəhərindən 40 km cənub-şərq- cənuba doğru dənizdə yerləşir. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye istismarına verilib. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İstismara veriləndən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılıb. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard kubmetr qaz olub.

Bu yatağın operatoru olan "Bahar Energy Limited" əməliyyat şirkətinin 100 % səhmləri ABŞ-ın "Greenfields Petroleum" şirkətinə məxsusdur.

44 - Tezliklə