Gədəbəyin daha iki kəndinə ilk dəfə təbii qaz verilib
Energetika
- 30 sentyabr, 2016
- 11:06
Bakı. 30 sentyabr. REPORT.AZ/ Sentyabrın 30-da Gədəbəy rayonunun Çanakçı və Miskinli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümumilikdə 885 abonenti olan Çanakçı və Miskinli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 61 149 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Son xəbərlər
21:41
Foto
Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib
Fərdi21:25
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
Xarici siyasət21:24
Türkiyə hakimiyyəti Ərdoğanın qərarından sonra körpülərin aqibətinin necə olacağını açıqlayıb
Region21:12
Qudarzi: Neft satışından əldə olunan 9 milyard dollar İMB-nin sərəncamına verilib
Region20:55
Video
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub – YENİLƏNİB
Hadisə20:53
İndoneziyada pulsuz yemək yüzlərlə şagirdi zəhərləyib
Digər ölkələr20:50
Türkiyədə tanınmış müğənni saxlanılıb
Region20:34
İranda neft tanker partlayıb, on nəfər ölüb
Region20:26