Finlandiyada son 40 ildə ilk dəfə yeni AES istifadəyə verilib
- 21 dekabr, 2021
- 07:40
Finlandiyada “Olkiluoto” Atom Elektrik Stansiyasının üçüncü enerji bloku dekabrın 21-də səhər saatlarında istifadəyə verilib.
“Report” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə stansiyanın sahibi “Teollisuuden Voima” şirkəti açıqlama yayıb.
Şirkət AES-in üçüncü enerji blokunun istifadə verilməsini tarixi hadisə kimi qiymətləndirib: “Stansiya 2022-ci il yanvarın sonunda milli şəbəkəyə qoşulduqdan sonra elektrik enerjisi istehsalına başlayacaq”.
Finlandiya KİV-i yazıb ki, son 40 ildə ilk dəfədir ölkədə yeni AES istifadəyə verilib.
Məlumata görə, “Olkiluoto” Finlandiyanın elektrik enerjisinə olan təlabatının 14 faizini ödəyəcək.
Qeyd edək ki, AES ölkənin qərbində, Baltik dənizinin Botniya körfəzi sahillərində, Olkiluoto adasında yerləşir. Stansiyanın tikintisi 3 milyard dollar dəyərləndirilsə də, ancaq sonradan onun dəyəri 3 dəfə bahalaşaraq 9 milyard dollara yüksəlib.