Fatih Birol: Busan şəhərində Hörmüz böhranına cavab strategiyaları müzakirə olunub
- 17 sentyabr, 2026
- 08:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreyanın Busan şəhərində Hörmüz boğazının blokadaya alınmasından sonra yaranan böhrana cavab olaraq ölkələrin enerji strategiyaları müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Hörmüz böhranına cavab olaraq ölkələrin enerji strategiyalarını necə yenidən qiymətləndirdiyini müzakirə etmək üçün Busanda olmaqdan məmnunam", - o bildirib və əlavə edib ki, sürətlə dəyişən dünyada texnologiya, innovasiya enerji təhlükəsizliyini gücləndirmək, iqtisadi artımı stimullaşdırmaq və emissiyaların azaldılmasını sürətləndirmək üçün vacibdir.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri cari ilin may ayından etibarən Hörmüz boğazı vasitəsilə 900 milyon bareldən çox neftin nəqli zamanı kommersiya gəmilərinin müşayiətini təmin etdiyini iddia edir. Qeyd olunub ki, İran Hörmüz boğazına nəzarət etmir, bu su arteriyası vasitəsilə neft tankerlərinin hərəkəti isə dayanmır.
Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin sonuna doğru irəlilədiklərinə ümid etdiyini bildirib.
"Axios" isə vurğulayıb ki, Tramp administrasiyası müharibədən sonrakı dövr üçün kompleks plan hazırlayır.
Pleased to be in Busan 🇰🇷 to discuss how countries are reassessing their energy strategies in response to the Hormuz crisis. In a rapidly changing world, technology & innovation are essential to strengthening energy security, boosting economic growth & accelerating emissions… pic.twitter.com/pPH0hs23XZ
— Fatih Birol (@fbirol) September 17, 2026