“Equinor” Azərbaycandakı aktivlərini zərərlə satıb
Energetika
- 07 fevral, 2024
- 09:38
Norveçin “Equinor” enerji şirkəti 2024-cü ildə ölkədəki aktivlərini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üçün razılaşmanı imzalamağı planlaşdırır.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin 2023-cü ilin dördüncü rübü üzrə hesabatında deyilir.
Ötən ilin sonunda “Equinor” Azərbaycandakı layihələrdən planlaşdırılan çıxışı ilə bağlı 310 milyon ABŞ dolları zərər edib.
Xatırladaq ki, 2023-cü ilin dekabrın 22-də “Equinor” Azərbaycandakı aktivlərini satmaq üçün SOCAR ilə müqavilə bağlayıb. Sövdələşməyə görə, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27 %, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71 %, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50 % satıb.
Son xəbərlər
05:36
Britaniya hakimiyyəti sakinlərə təcili xəbərdarlıqlar göndərib
Digər ölkələr05:07
Britaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr04:51
ABŞ-də baş verən atışmada beş nəfər ölüb
Digər ölkələr04:15
İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
Digər ölkələr03:42
Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib
Digər ölkələr03:13
Foto
İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
Digər ölkələr02:39
Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
Region02:08
Foto
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Region01:53