Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ay 549 müraciət qəbul edib

Energetika
  • 04 noyabr, 2021
  • 08:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ay 549 müraciət qəbul edib

Bu ilin oktyabr ayında Azərbaycanda istehlakçıların hüquqlarının qorunması, abunəçilərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və nazirlik xətti ilə 549 müraciət daxil olub.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, bunlardan 37-si məlumat üçün olmaqla 412 müraciət elektrik enerjisi təchizatı ilə bağlı, 8-i məlumat üçün olmaqla 100 müraciət təbii qaz təchizatı ilə bağlı, 2-si məlumat üçün olmaqla 5 müraciət istilik təchizatı ilə bağlı, 6-sı məlumat üçün olmaqla 32 müraciət isə digər məsələlərlə bağlı olub.

549 müraciətdən 203-nü Agentlik araşdırıb və cavablandırıl. 5 müraciət müvafiq qaydada baxılması, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Həmçinin 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 292 müraciət baxılma prosesindədir.

Bundan əlavə 53 məlumat xarakterli müraciətdən 19-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.