Enerji Məsələlərini Tənzimləmə Agentliyi fevralda 502 müraciət qəbul edib

Energetika
  • 11 mart, 2022
  • 08:53
Enerji Məsələlərini Tənzimləmə Agentliyi fevralda 502 müraciət qəbul edib

Bu ilin fevral ayında Azərbaycanda istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,təbii qazla təchizatı və digər məsələlərlə bağlı Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və nazirlikdən 502 müraciət daxil olub.

Bu barədə “Report”a AERA-dan məlumat verilib.

Məlumata görə, bunlardan elektrik enerjisi təchizatı ilə bağlı 34-ü məlumat üçün olmaqla cəmi 399 müraciət, təbii qaz təchizatı ilə bağlı 4-üməlumat üçün olmaqla cəmi 73 müraciət, istilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 18 müraciət qeydi alınıb.

Həmçinin 12 müraciət isə digər məsələlərlə bağlı olub və ümumi 502 müraciətdən 194 müraciəti Agentlik araşdırıb və cavablandırıb. Onlardan 7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib, 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 265 müraciət hazırda baxılma prosesindədir, 39 məlumat xarakterli müraciətdən 17-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.