Enerji Məsələlərin Tənzimləmə Agentliyi yanvarda 565 müraciət qəbul edib

Energetika
  • 11 fevral, 2022
  • 08:03
Enerji Məsələlərin Tənzimləmə Agentliyi yanvarda 565 müraciət qəbul edib

Bu ilin yanvar ayında istehlakçıların hüquqlarının qorunması, abunəçilərin elektrik və istilik enerjisi,təbii qazla təchizatı və digər məsələlərlə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərin Tənzimləmə Agentliyinə bilavasitə və nazirlikdən 565 müraciət daxil olub.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, bunlardan elektrik enerjisi təchizatı ilə bağlı 43 məlumat üçün olmaqla cəmi 443 müraciət, təbii qaz təchizatı ilə bağlı 8-i məlumat üçün olmaqla cəmi 94 müraciət, istilik təchizatı ilə bağlı cəmi 7 müraciət, digər məsələlərlə bağlı isə 21 müraciət olub.

565 müraciətdən 201-ni Agentlik araşdırılıb və cavablandırıb. 9 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib, 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 309 müraciət hazırda baxılma prosesindədir. 51 məlumat xarakterli müraciətdən21-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Ay ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxeminidəyişən tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrikqurğularınaistismaraburaxılış aktı verilib;

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 10 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 9 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

45 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 316 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 22 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 9 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

Agentlik tərəfindən 3 inzibati xəta haqqında işə baxılıb və 1 ədəd tənbeh vermə haqqında qərar çıxarılıb.

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 69 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 54 texniki yoxlama aparılıb.

Agentlik 7 müəssisədə 36 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə biliklərini yoxlayıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 247 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

44 - Tezliklə