Energetika Nazirliyi l yarımildə 3 mindən çox müraciət qəbul edib

Energetika
  • 14 iyul, 2023
  • 13:31
Energetika Nazirliyi l yarımildə 3 mindən çox müraciət qəbul edib

Bu ilin I yarısında Energetika Nazirliyi və tabeli qurumlara 3304 vətəndaş müraciəti daxil olub.

"Report" nazirliyə istinadən xəbər verir ki, müraciətlərin 2 739-u müvafiq qaydada icra olunub, 283-ü icradadır. 282-si isə məlumat xarakterli olub.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin verilişində fasilələr yaranması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri 129 vətəndaşı qəbul edib, səsləndirilən müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.