Energetika Nazirliyi I yarımildə “Çağrı Mərkəzi” ilə 2 mindən çox müraciət qəbul edib

Energetika
  • 11 iyul, 2023
  • 08:31
Energetika Nazirliyi I yarımildə “Çağrı Mərkəzi” ilə 2 mindən çox müraciət qəbul edib

Bu ilin I yarısında Energetika Nazirliyi “Çağrı Mərkəzi” vasitəsilə 2 106 müraciət qəbul edib.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, daxil olan zənglərin 1 880-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 99-u təşəkkür xarakterli, 127-si isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakıda “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan "012 974" nömrəsini yığmaqla zəng edə bilərlər. Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində saat 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir.