Energetika Nazirliyi I yarımildə 3 mindən çox müraciət qəbul edib

Energetika
  • 15 iyul, 2022
  • 08:23
Energetika Nazirliyi I yarımildə 3 mindən çox müraciət qəbul edib

Bu ilin I yarısında Energetika Nazirliyi və tabeli qurumlarına 3 265 vətəndaş müraciəti daxil olub.

“Report”un Nazirliyə istinadən verdiyi xəbərə görə, bunlardan 2 377-si müvafiq qaydada icra olunub, 580-i isə icradadır. 308 müraciət məlumat xarakterlidir.

6 ay ərzində nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri 135 vətəndaş qəbulu keçiril, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 50 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.