Energetika nazirinin müavinlərinin sayı artırılıb

Energetika
  • 06 aprel, 2024
  • 12:13
Energetika nazirinin müavinlərinin sayı artırılıb

Prezident İlham Əliyev 11 aprel 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Energetika Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.