Energetika naziri: "Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır"

Energetika
  • 23 aprel, 2018
  • 06:39
Energetika naziri: Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır
Energetika naziri Pərviz Şahbazov
Report/ Firi Salim

Bakı. 23 aprel. REPORT.AZ/ "Heydər Əliyevin milli dövlətçilik strategiyasında enerji-kommunikasiya məsələləri öncül yer tuturdu". 

"Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlamış Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa regionunun enerji təhlükəsizliyinin təminatçısıdır: "Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Asiya və Avropa regionunu uzun müddət bir-biri ilə əlaqələndirəcək. Düşünürəm ki, bu forumda energetikanın gələcək inkişafı ilə bağlı suallara aydınlıq gətiriləcək".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır: "Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə də diqqət göstərir. Bu isə bir enerji mənbəyindən asılılığı azaldır".