EIA ilin sonuna Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

Energetika
  • 08 dekabr, 2021
  • 05:32
EIA ilin sonuna Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

Bu ilin sonunda Azərbaycanda gündəlik neft hasilatının orta hesabla 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının dekabr sayına istinadən xəbər verir.

Bu, noyabr ayında verilmiş proqnozla müqayisədə eynidir.

EIA həmçinin hesab edir ki, bu ilin IV rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 720 min barel təşkil edəcək. Bu da əvvəlki proqnozla müqayisədə eynidir.

Ötən ilin IV rübünə nisbətən isə 30 min barel və yaxud 4,35 % çoxdur.