EIA II rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib

Energetika
  • 16 may, 2021
  • 06:51
EIA II rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin ikinci rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişib.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – May 2021” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, bu ilin ikinci rübündə ölkədə orta gündəlik neft hasilatının 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu aprel ayında verilən proqnozdan 10 min barel və ya 1,37 % azdır.

Həmçinin, bu proqnoz 2020-ci ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,35 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bundan öncəki proqnozda bu rəqəm 750 min barel təşkil edirdi.