EIA gələn il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib

Energetika
  • 13 aprel, 2022
  • 05:58
EIA gələn il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib

2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının aprel sayına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnozu daha öncə mart ayında verilən proqnozla müqayisədə eynidir. Gələn ilin proqnozu bu ilin gündəlik neft proqnozundan isə 10 min barel və ya 1,41 % azdır.

2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 710 min barel olacağı gözlənilir. Bu rəqəm mart ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu üzrə göstəricilərindən 10 min barel və ya 1,43 % çoxdur.

2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 700 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, mart ayında verilən proqnozla müqayisədə eynidir. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 10 min barel və ya 1,41 % azdır.

Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 690 min barel olacaq. Bu həcmlər də mart ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 40 min barel və ya 5,48 % azdır.

2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 710 min barel olacağı açıqlanıb. Bu rəqəm mart ayında verilən proqnozla da müqayisədə eynidir. Həmçinin, bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 10 min barel və ya 1,39 % azdır.