EIA gələn il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişib

Energetika
  • 09 mart, 2022
  • 08:40
EIA gələn il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişib

2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının mart sayına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnozu daha öncə fevral ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,41 % azdır. Gələn ilin proqnozu bu ilin gündəlik neft proqnozundan isə 30 min barel və ya 4,11 % azdır.

2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 710 min barel olacağı gözlənilir. Bu rəqəm fevral ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,39 % azdır. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu üzrə göstəricilərindən 20 min barel və ya 2,74 % azdır.

2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 700 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, fevral ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,41 % azdır. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 40 min barel və ya 5,4 % azdır.

Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 690 min barel olacaq. Bu həcmlər də fevral ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,43 % azdır. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 40 min barel və ya 5,5 % azdır.

2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 710 min barel olacağı açıqlanıb. Bu rəqəm fevral ayında verilən proqnozla da müqayisədə 10 min barel və ya 1,39 % azdır. Həmçinin, bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,74 % azdır.