EIA gələn il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu açıqlayıb
- 09 fevral, 2022
- 06:43
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının fevral sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnozu daha öncə yanvar ayında verilən proqnozla enidir. Gələn ilin proqnozu bu ilin gündəlik neft proqnozundan isə 30 min barel və ya 4,05 % azdır.
2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 720 min barel olacağı gözlənilir. Bu rəqəm yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu, proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu üzrə göstəricilərindən 20 min barel və ya 2,7 % azdır.
2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 710 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, yanvar ayında verilən proqnozla müqayisədə eynidir. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 30 min barel və ya 4,05 % azdır.
Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 700 min barel olacaq. Bu həcmlər də yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 40 min barel və ya 5,4 % azdır.
2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 720 min barel olacağı açıqlanıb. Bu rəqəm yanvar ayında verilən proqnozla da müqayisədə eynidir. Həmçinin, bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 10 min barel və ya 1,37 % azdır.