EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib

Energetika
  • 10 avqust, 2022
  • 06:42
EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib

2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 610 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının avqust sayına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnozu daha öncə iyul ayında verilən proqnozla müqayisədə 40 min barel və ya 6,15 % azdır. Gələn ilin proqnozu bu ilin gündəlik neft proqnozundan isə 50 min barel və ya 7,57 % azdır.

2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 620 min barel olacağı gözlənilir. Bu rəqəm iyul ayında verilən proqnozla müqayisədə 40 min barel və ya 6,06 % azdır. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə göstəricisindən 80 min barel və ya 11,43 % azdır.

2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 600 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, iyul ayında verilən proqnozla müqayisədə 50 min barel və ya 7,69 % azdır. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 70 min barel və ya 10,44 % azdır.

Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 600 min barel olacaq. Bu həcmlər də iyul ayında verilən proqnozla müqayisədə 40 min barel və ya 6,25 % azdır. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 30 min barel və ya 4,76 % azdır.

2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 610 min barel olacağı açıqlanıb. Bu rəqəm iyul ayında verilən proqnozla da müqayisədə 40 min barel və ya 6,15 % azdır. Həmçinin, bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 3,17 % azdır.