EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
- 08 sentyabr, 2022
- 05:42
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 640 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının sentyabr sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnozu daha öncə avqust ayında verilən proqnozla müqayisədə 30 min barel və ya 4,92 % çoxdur. Gələn ilin proqnozu bu ilin gündəlik neft proqnozundan isə 30 min barel və ya 4,48 % azdır.
2023-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 650 min barel olacağı gözlənilir. Bu rəqəm avqust ayında verilən proqnozla müqayisədə 30 min barel və ya 4,84 % çoxdur. Bu proqnoz 2022-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə göstəricisindən 50 min barel və ya 7,14 % azdır.
2023-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 640 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, avqust ayında verilən proqnozla müqayisədə 40 min barel və ya 6,67 % çoxdur. 2022-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 30 min barel və ya 4,48 % azdır.
Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 640 min barel olacaq. Bu həcmlər də avqust ayında verilən proqnozla müqayisədə 40 min barel və ya 6,67 % çoxdur. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 30 min barel və ya 4,48 % azdır.
2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 650 min barel olacağı açıqlanıb. Bu rəqəm avqust ayında verilən proqnozla da müqayisədə 40 min barel və ya 6,56 % çoxdur. Həmçinin, bu, 2022-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 10 min barel və ya 1,51 % azdır.