EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Energetika
  • 13 sentyabr, 2023
  • 05:40
EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 640 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının sentyabr sayına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə avqust ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,54 % azdır.

2024-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 640 min barel olacağı gözlənilir. Bu, daha öncə avqust ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,54 % azdır. Bu proqnoz 2023-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə də 10 min barel və ya 1,54 % azdır.

2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 640 min barel olacağı gözlənilir. Bu, daha öncə avqust ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,54 % azdır. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,22 % çoxdur.

Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 640 min barel olacaq. Bu, daha öncə avqust ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,54 % azdır. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,59 % çoxdur.

2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 650 min barel olacağı açıqlanıb. Bu da daha öncə avqust ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,52 % azdır. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,56 % çoxdur.