EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Energetika
  • 12 oktyabr, 2023
  • 05:16
EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 640 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının oktyabr sayına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə sentyabr ayında verilən proqnozla müqayisədə eynidir.

2024-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 640 min barel olacağı gözlənilir. Bu, daha öncə sentyabr ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə də 10 min barel və ya 1,54 % azdır.

2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 630 min barel olacağı gözlənilir. Bu, daha öncə sentyabr ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,56 % azdır. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,61 % çoxdur.

Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 640 min barel olacaq. Bu, daha öncə sentyabr ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,59 % çoxdur.

2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 650 min barel olacağı açıqlanıb. Bu da daha öncə sentyabr ayında verilən proqnozla müqayisədə eynidir.. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,17 % çoxdur.

44 - Tezliklə