EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
- 09 avqust, 2023
- 09:04
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 650 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının avqust sayına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir.
2024-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 650 min barel olacağı gözlənilir. Bu, daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəriciləri ilə müqayisədə də eynidir.
2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 650 min barel olacağı gözlənilir. Bu, daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 4,84 % çoxdur.
Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 650 min barel olacaq. Bu, daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,56 % çoxdur.
2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 660 min barel olacağı açıqlanıb. Bu da daha öncə iyul ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,54 % çoxdur.