EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Energetika
  • 14 oktyabr, 2021
  • 07:14
EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 800 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – October 2021” hesabatına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə eynidir.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 810 min barel olacağı gözlənilir. Bu, daha öncə sentyabr ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz isə 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 70 min barel və ya 9,46 % çoxdur.

2022-ci ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 800 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in sentyabr hesabatında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz isə 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 110 min barel və ya 15,9 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 780 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə eynidir. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 60 min barel və ya 8,33 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 810 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən sentyabr ayında açıqlanan proqnozla müqayisədə eynidir. Bu proqnoz isə 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 30 min barel və ya 3,85 % çoxdur.