EIA gələn il Azərbaycanda neft hasilatına dair proqnozu azaldıb

Energetika
  • 07 avqust, 2024
  • 05:54
EIA gələn il Azərbaycanda neft hasilatına dair proqnozu azaldıb

Gələn il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 650 min barel proqnozlaşdırılır.

"Report" bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) “Short-Term Energy Outlook” hesabatının avqust buraxılışına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı proqnozu iyul proqnozu ilə müqayisədə 10 min barel və yaxud 1,5 % azdır.

Proqnozlara görə, gələn ilin I rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 630 min barel təşkil edəcək ki, bu da iyul proqnozu ilə müqayisədə 10 min barel və yaxud 1,6 % azdır. 2025-ci ilin II rübündə Azərbaycanda gündəlik 650 min barel neft hasil olunacaq, bu isə iyul proqnozu ilə uyğunluq təşkil edir. Agentlik 2025-ci ilin III və IV rüblərində gündəlik 670 min barel neft hasil olunacağını proqnozlaşdırır ki, bu da EIA-nın iyul proqnozlarına uyğundur.