EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib

Energetika
  • 13 dekabr, 2023
  • 05:12
EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib

2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 620 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının dekabr sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə noyabr ayında verilən proqnozla müqayisədə eynidir.

Agentlik hesab edir ki, 2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 600 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən noyabr ayında açıqlanan proqnozla müqayisədə 20 min barel və ya 3,22 % azdır. 2022-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 70 min barel və ya 10,44 % azdır.