EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib

Energetika
  • 09 fevral, 2022
  • 06:14
EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu dəyişməyib

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının fevral sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 740 min barel olacağı gözlənilir. Bu, daha öncə yanvar ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,37 % çoxdur. Bu proqnoz 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,33 % azdır.

2022-ci ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 740 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in yanvar hesabatında verilən proqnozla müqayisədə eynidir. 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 40 min barel və ya 5,71 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 740 min barel olacaq. Bu da daha əvvəlki yanvar ayının proqnozu ilə müqayisədə eynidir. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 30 min barel və ya 4,22 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 730 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən yanvar ayında açıqlanan proqnozla müqayisədə 10 min barel və ya 1,35 % azdır. 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,82 % çoxdur.