EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu azaldıb

Energetika
  • 09 noyabr, 2023
  • 04:53
EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu azaldıb

2023-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 620 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının noyabr sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə oktyabr ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,59 % azdır.

Agentlik hesab edir ki, 2023-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 620 min barel olacaq. Bu da daha əvvəl verilən proqnozla müqayisədə 10 min barel və ya 1,59 % azdır. Bu proqnoz 2022-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 30 min barel və ya 4,62 % azdır.

2023-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 620 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən oktyabr ayında açıqlanan proqnozla müqayisədə 20 min barel və ya 3,12 % azdır. 2022-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 50 min barel və ya 7,46 % azdır.

44 - Tezliklə