EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu yenidən azaldıb
- 10 avqust, 2022
- 05:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 660 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının avqust sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə iyul ayında verilən proqnozdan 20 min barel və ya 2,94 % azdır.
Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 630 min barel olacaq. Bu, iyul ayının proqnozu ilə müqayisədə 50 min barel və ya 7,35 % azdır. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 80 min barel və ya 11,28 % azdır.
2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 630 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyul ayında açıqlanan proqnozla müqayisədə 40 min barel və ya 5,97 % azdır. 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 80 min barel və ya 11,26 % azdır.