EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu yenidən azaldıb
- 13 iyul, 2022
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 680 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının iyul sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə iyun ayında verilən proqnozdan 10 min barel və ya 1,45 % azdır.
Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 680 min barel olacaq. Bu, iyun ayının proqnozu ilə müqayisədə 10 min barel və ya 1,45 % azdır. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 30 min barel və ya 4,22 % azdır.
2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 670 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyun ayında açıqlanan proqnozla müqayisədə 20 min barel və ya 2,9 % azdır. 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 40 min barel və ya 5,63 % azdır.