EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu sabit saxlayıb

Energetika
  • 07 fevral, 2024
  • 09:48
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu sabit saxlayıb

2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 610 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının fevral sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə yanvar ayında verilən proqnozla eynidir.

Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 610 min barel olacağı gözlənilir. Bu, daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə də 40 min barel və ya 6,16 % azdır.

2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 610 min barel olacağı gözlənilir. Bu, daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,62 % azdır.

Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 610 min barel olacaq. Bu, daha öncə yanvarda verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,62 % azdır.

2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 620 min barel olacağı açıqlanıb. Bu da daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,64 % çoxdur.

44 - Tezliklə