EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

Energetika
  • 07 dekabr, 2022
  • 04:59
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının dekabr sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə noyabr ayında verilən proqnozla eynidir.

Agentlik hesab edir ki, 2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 650 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən noyabr ayında açıqlanan proqnozla müqayisədə 10 min barel və ya 1,51 % azdır.

2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 60 min barel və ya 8,45 % azdır.

44 - Tezliklə