EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

Energetika
  • 12 avqust, 2024
  • 05:33
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 610 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının avqust sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə iyul ayında verilən proqnozla müqayisədə eyni qalıb.

Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 610 min barel olacaq. Bu, daha öncə iyulda verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,62 % azdır.

2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 620 min barel olacağı açıqlanıb. Bu da daha öncə iyulda verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə də 10 min barel və ya 1,64 % çoxdur.