EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb
- 13 mart, 2024
- 05:27
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 600 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının mart sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə fevral ayında verilən proqnozdan 10 min barel və ya 1,64 % azdır.
Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 600 min barel olacağı gözlənilir. Bu, daha öncə fevral ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,64 % azdır. Bu proqnoz 2023-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə də 50 min barel və ya 7,70 % azdır.
2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 590 min barel olacağı gözlənilir. Bu, daha öncə fevral ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 3,28 % azdır. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,84 % azdır.
Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 600 min barel olacaq. Bu, daha öncə fevralda verilən proqnozla müqayisədə 10 min barel və ya 1,64 % azdır. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,23 % azdır.
2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 610 min barel olacağı açıqlanıb. Bu da daha öncə fevralda verilən proqnozla müqayisədə 10 min barel və ya 1,62 % azdır. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə eynidir.