EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

Energetika
  • 08 sentyabr, 2022
  • 05:14
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının sentyabr sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə avqust ayında verilən proqnozdan 10 min barel və ya 1,51 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 670 min barel olacaq. Bu, avqust ayının proqnozu ilə müqayisədə 40 min barel və ya 6,35 % çoxdur. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 40 min barel və ya 5,63 % azdır.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 660 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən avqust ayında açıqlanan proqnozla müqayisədə 30 min barel və ya 4,76 % çoxdur. 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 50 min barel və ya 7,04 % azdır.

44 - Tezliklə