EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

Energetika
  • 08 may, 2024
  • 05:12
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 610 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının may sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə aprel ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,67 % çoxdur.

2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 600 min barel olacağı gözlənilir. Bu, daha öncə aprel ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,22 % azdır.

Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 610 min barel olacaq. Bu, daha öncə apreldə verilən proqnozla müqayisədə 10 min barel və ya 1,67 % çoxdur. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,61 % azdır.

2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 620 min barel olacağı açıqlanıb. Bu da daha öncə apreldə verilən proqnozla müqayisədə 10 min barel və ya 1,64 % çoxdur. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə də 10 min barel və ya 1,64 % çoxdur.

44 - Tezliklə