EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

Energetika
  • 11 may, 2022
  • 07:01
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının may sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə aprel ayında verilən proqnozdan 10 min barel və ya 1,41 % çoxdur.

2022-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 720 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in aprel hesabatında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,41 % çoxdur. 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 20 min barel və ya 2,86 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 730 min barel olacaq. Bu da daha əvvəlki aprel ayının proqnozu ilə müqayisədə eynidir. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 20 min barel və ya 2,82 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 720 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən aprel ayında açıqlanan proqnozla müqayisədə eynidir. 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 10 min barel və ya 1,41 % çoxdur.

44 - Tezliklə